Logo
    main-post-cover

    iOS 19-un bəzi interfeys görüntüləri sərgilənib

    Proqram Təminatı
    08.04.2025
    Emil
         Mətbuatda dəfələrlə məlumat yayılıb ki, Apple mobil cihazlarının interfeysində genişmiqyaslı yeni dizayn hazırlayır və bu, iOS 19-un əsas yeniliklərindən biri olacaq. Bildirilir ki, şirkət interfeysi daha zərif, intuitiv və “yüklənmədən azad” etmək üçün visionOS sistemindən əldə etdiyi təcrübələrdən istifadə edir. İndi isə bu dəyişikliklərin necə görünəcəyini görmək imkanı yaranıb. Tez-tez maraqlı məlumatlar paylaşsa da, bəzən yanılan tanınmış insayder Jon Prosser, iOS 19 interfeysinin renderlərini təqdim edib.
         O bildirib ki, bu renderləri Apple-dakı mənbələrindən aldığı dəqiq məlumata əsaslanaraq hazırlayıb və onların orijinala maksimal dərəcədə yaxın olduğuna əmindir. Prosser təsdiqləyib ki, iOS 19-da ikonlar daha yuvarlaq formaya malik olacaq, lakin o da qeyd edib ki, test versiyalarında standart ikonlar istifadə olunur - bu, sızmaların qarşısını almaq məqsədi daşıyır, çünki şirkət yenilikləri rəsmi olaraq 9-13 iyun tarixlərində keçiriləcək WWDC 2025 təqdimatında açıqlamağı planlaşdırır.
         Bəzi tətbiqlərdə, məsələn, App Store, Apple Music Messages-da yeni panel olacaq, Axtarış qovluğunda geri qayıtmaq üçün dairəvi düymə görünəcək, həmçinin Messages tətbiqində axtarış sətri daim aktiv olacaq. İnsayder həmçinin yeni vizual effekt barədə də danışıb - bu effekt, məsələn, blok ekranında fənər və ya kamera düyməsində smartfon hərəkət etdikcə yüngül parıltı yaradacaq. Haptic Touch menyusunda dizaynerlər küncləri yuvarlaqlaşdıracaq, səs və parlaqlıq üçün sürgüləri yeniləyəcək, həmçinin tətbiq pəncərələrinin dizaynını yenidən işləyəcəklər. Bundan əlavə, yeni bir klaviatura da təqdim olunacaq.
    Paylaş