main-post-cover

    iPhone 15 Pro-larda qızma problemini aradan qaldıran iOS 17 yenilənməsi istifadəyə verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    05.10.2023
    Emil Nəcəfov
        Apple şirkəti iOS 17-nin 17.0.3 nömrəli yeni versiyasını istifadəyə verib. iOS 17-nin bu versiyasının əsas üstünlüyü son günlərdə iPhone 15 ProiPhone 15 Pro Max smartfonlarında yaşanan qızma problemini aradan qaldırmasındadır. Sözügedən iOS 17 versiyasına sahib iPhone 15 Pro Max istifadəçiləri öz smartfonlarını bençmarkda sınaqdan keçiriblər. Bu üsul ilə onlar qızma probleminin aradan qalxıb-qalxmadığını təyin etməyə çalışıblar.
        Qeyd etmək lazımdır ki, əməliyyat sistemi yenilənməsinin təqdim olunmasından öncə Apple şirkəti iPhone 15 Pro modellərində qızma probleminin mövcudluğunu təsdiqləmişdi və bildirmişdi ki, problemin əsas mənbəyi iOS 17-dədir. iOS 17.0.3-ün istifadəyə verilməsindən dərhal sonra 9to5mac saytının əməkdaşları iPhone 15 Pro Max modelini Geekbench 5 bençmarkında test ediblər. Daha öncəki iOS 17 versiyası çərçivəsində smartfon bençmarkın bir nüvəli testində 2914 xal, çox nüvəli testində isə 7199 xal toplayırdı.
        iOS 17-nin yeni versiyası çərçivəsində isə smartfon bençmarkın bir nüvəli testi çərçivəsində 2875 xal, çox nüvəli testi çərçivəsində isə 7006 xal toplayıb. Smartfonun 2 saatdan sonrakı testləri çərçivəsində isə o, müvafiq olaraq 2941 xal 7523 xal toplayıb. Nəticədə məlum olub ki, iOS 17.0.3 yenilənməsi smartfonun performans göstəricisini aşağı salmayıb. Qızma probleminə gəldikdə isə smartfonun hansı temperaturda olduğu barəsində məlumat verilməyib. Lakin bununla belə testi reallaşdırmış şəxslər sözügedən smartfonun gövdəsinin qızma məsələsində şikayətçi olmayıblar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər