
iPhone 15 Pro seriyası üçün Assassin's Creed Mirage oyunu təqdim edilib!
Proqram Təminatı
06.06.2024
Aslan
Assassin's Creed Mirage, iOS cihazları üçün təqdim edilib. Lakin oyun, müəyyən iPhone və iPad modelləri üçün təqdim edilib və yalnız sınaq versiyasını oynamaq mümkündür.
Assassin's Creed Mirage, artıq iPhone 15 Pro və iPhone 15 Pro Max, həmçinin M1 çipləri olan iPad Pro və iPad Air cihazlarından birini istifadə edən istifadəçilər tərəfindən yüklənə bilər hala gəlib.Ubisoft, daha əvvəl Assassin's Creed Mirage oyununun iPhone və iPad-də 90 dəqiqə pulsuz oynana biləcəyini açıqlamışdı. Oyun müəyyən müddət ərzində pulsuz oynana bilər, lakin bundan sonra isə 49.99 dollar ödəməklə onu satın almalı olacaqsınız. Bununla belə, oyun, Amerikada iyunun 20-dək 50% endirimdə olacaq, buna görə də istifadəçilər ilk 2 həftə ərzində 24.99 dollara oyunun limitsiz versiyasını ala biləcəklər.

Ubisoft-un sözlərinə görə, Assassin's Creed Mirage, iPhone və iPad cihazlarında konsoldakı oyun təcrübəsi ilə eyni təcrübəni təqdim edir. Oyun toxunma idarəetmələri və ya uyğun nəzarətçilər ilə oynana bilər.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
