main-post-cover

    iPhone istifadəçiləri, bir toxunuşla şəkillərdəki arzuolunmaz obyektləri silə biləcəklər! (VİDEO)

    Proqram Təminatı
    29.08.2024
    Farid Pardashunas

         Apple, iOS 18.1-in üçüncü developer beta versiyasını yayımlayıb. Bu versiya ilə artıq fotolardan istədiyiniz hər hansı obyekti süni intellekt vasitəsilə silmək mümkün olacaq.

         iOS 18 ilə "Photos" tətbiqinə gələcən bu süni intellekt dəstəkli xüsusiyyət, "Clean Up" adlanır. Bu xüsusiyyət sayəsində istifadəçilər, süni intellektin köməyi ilə fotolardan istədikləri obyekti silə bilərlər.
    View post on X
         Son zamanlar Android telefonlarında belə xüsusiyyətləri tez-tez görürük. Məsələn, Google, bu ilin əvvəlində "Magic Eraser" adlı oxşar xüsusiyyəti pulsuz təklif etməyə başlamışdı. İndi isə iPhone istifadəçiləri, nəhayət bu xüsusiyyətdən istifadə edə biləcəklər.
    View post on X
         Bu funksiyanın istifadəsi isə olduqca asandır. Belə ki, istər “ağıllı aşkarlama” sistemi ilə silmək istədiyiniz obyekti bir toxunuşla seçə və ya istərsə də, fırçadan istifadə edərək hər hansı bölməni seçib, silə bilərsiniz. Hətta süni intellekt vasitəsilə kiminsə üzünü senzura etmək də mümkündür.
    View post on X
         Xüsusiyyət, fotoşəkilin qalan hissəsinə təsir etmədən obyektləri tanıya və silə bilər. Çıxarılan hissə süni intellektin köməyi ilə doldurulur. Bunu sınayan istifadəçilərin paylaşımlarından görə bilərik ki, süni intellekt, şəkillərin dəyişdirildiyini hiss etdirməyəcək dərəcədə obyektlərin silinməsini uğurla icra edə bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple robotlaşdırılmış cihazlar üçün yeni nəsil süni zəka köməkçisi üzərində çalışır
    apple-robotlasdirilmis-cihazlar-ucun-yeni-nesil-suni-zeka-komekcisi-uzerinde-calisir
    Apple gələn ay yeni iPad mini planşetini təqdim edə bilər
    apple-gelen-ay-yeni-ipad-mini-plansetini-teqdim-ede-biler
    iPhone 16-nın təqdimatı rəsmi şəkildə elan edilib
    iphone-16-nin-teqdimati-resmi-sekilde-elan-edilib
    Nəyə görə Apple Vision Pro kütləvi məhsul ola bilmədi?
    neye-gore-apple-vision-pro-kutlevi-mehsul-ola-bilmedi
    iPhone 16-nın təqdimat tarixi məşhur insayder tərəfindən təsdiqlənib
    iphone-16-nin-teqdimat-tarixi-meshur-insayder-terefinden-tesdiqlenib