main-post-cover

    iPhone-lara gələcək yeni emojilər bəlli olub!

    Proqram Təminatı
    22.05.2024
    Farid Pardashunas

         Unicode, emoji kataloqunu yenilədikdən sonra iPhone-lara gələcək yeni emojilər bəlli olub. Hər biri müxtəlif növlərdən olan 7 emoji, ehtimal ki, iOS 18 yeniləməsində əlçatan olacaq.

         Tarixin ən böyük iPhone yeniləmələrindən biri olacağı gözlənilən iOS 18-in təqdimatına çox az vaxt qalıb. Apple şirkəti 10 iyunda keçiriləcək WWDC 2024 tərtibatçı konfransında öz əməliyyat sisteminin yeni versiyasını təqdim edəcək. Təqdimat zamanı əsas diqqət generativ süni intellektin üzərində olsa da, digər yeniliklərlə də bağlı məlumatların veriləcəyi bildirilir.
         Yuxarıdakı şəkildə göstərilən emojilərin iOS 18 yeniləməsilə gəlməsi gözlənilir. Yeni əməliyyat sistemi ilə birlikdə yorğun görünən üz, barmaq izi, yarpaqsız ağac, turp bitkisi, musiqi aləti olan arfa, qazıntı aləti olan bel və slime-ə bənzər 7 fərqli emojinin gələ biləcəyi ehtimal edilir. Emojilər, Apple-ın da istifadə etdiyi Unicode Consortium-un emoji kataloqunu yenilədikdən sonra ortaya çıxıb. Hazırda beta mərhələsində olan və yeni emojiləri ehtiva edən Unicode 16, iyulun 2-də rəsmi olaraq debüt edəcək. Əgər yeni emojilər təqdimat zamanı nümayiş etdirilərsə, bu emojilərin iPhone-lara gələcəyinə bir daha əmin ola bilərik. Təbii ki, bu emojiləri təkcə iOS-a deyil, digər cihazlara da gələ bilər. Şirkətlərin bu emojiləri özlərinə uyğunlaşdırması adətən bir neçə ay çəkə bilər. Buna görə də, iOS 18 ilk dəfə (payızda) təqdim olunan zaman Apple, yeni emojilərini birbaşa istifadəyə verməyə bilər. Buna görə də yeni emojilərin 2024-cü ilin sonu və ya 2025-ci ilin əvvəlində iOS 18 yeniləməsi ilə gəlməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
    xiaomi-hindistanda-yeni-telefon-markasini-teqdim-etmek-ucun-apple-in-crush-reklamini-teqlid-edib
    4-cü nəsil iPhone SE-nin hansı qiymətə sahib olacağı açıqlanıb
    4-cu-ne
    Apple və OpenAI şirkətləri WWDC 2024 çərçivəsində birgə şəkildə böyük elana hazırlaşırlar
    apple-ve-openai-sirketleri-wwdc-2024-cercivesinde-birge-sekilde-boyuk-elana-hazirlasirlar
    iPhone 16 seriyası üçün iki yeni rəng variantı ortaya çıxıb!
    iphone-16-seriyasi-ucun-iki-yeni-reng-varianti-ortaya-cixib
    İtmiş əşyaların axtarışı üçün nəzərdə tutulmuş növbəti Apple AirTag trekeri son hazırlanma mərhələsindədir
    itmis-esyalarin-axtarisi-ucun-nezerde-tutulmus-novbeti-apple-airtag-trekeri-son-hazirlanma-merhelesindedir