Logo
    main-post-cover

    iPhone, uzun illərdən sonra nəhayət ki, videoya fasilə vermək düyməsinə qovuşub!

    Proqram Təminatı
    11.09.2024
    Farid

         Apple, ötən gün keçirdiyi tədbirdə iPhone 16 seriyasını və iOS 18 yeniləməsini təqdim etdi. Yeni əməliyyat sistemi ilə Kamera tətbiqinə, o cümlədən video çəkilişi dayandırıb, davam etdirməyə imkan verən yeni düymə də daxil olmaqla, bir sıra yeniliklər əlavə edildi.

         Gələn həftə buraxılacaq iOS 18 ilə istifadəçilər, video çəkərkən ekranın sol tərəfində yer alan yeni fasilə düyməsini görəcəklər. Bu düyməyə toxunduqda video qeyd dayandırılacaq, yenidən toxduqda isə qaldığı yerdən davam edəcək. Bu, hər dəfə ayrı-ayrı videolar başlamaq və dayandırmaq əvəzinə, müxtəlif intervallarda tək bir video qeydə almağa imkan verəcək. Müvafiq olaraq, istifadəçilər istənilən vaxt qeydi dayandıra və qaldıqları yerdən davam edə biləcəklər.
         Ekranın ortasındakı mövcud düymə, qeydi bitirməyə davam edəcək. Apple bildirib ki, yeni fasilə düyməsi ümumi videonu kəsmədən uzun və ya çoxlu kadrlar çəkməyi asanlaşdıracaq. Təbii ki, bu xüsusiyyətin illərdir Android cihazlarında mövcud olduğunu vurğulamaq lazımdır. Google, uzun illərdir ki, kamera proqramında videonun fasilə verilməsinə icazə verib. Bu yolla Android istifadəçiləri, istədikləri zaman video çəkilişinə fasilə verə bilirdilər.
    Paylaş