main-post-cover

    İstifadəçilər kütləvi şəkildə reklam bloklayıcılarından imtina etməyə başlayıblar

    Proqram Təminatı
    Servislər
    07.11.2023
    Farid Pardashunas
         Reklam bloklayıcılarının tərtibatçıları heç də ürək açmayan statistikanı təqdim ediblər. Təqdim edilmiş statistikaya əsasən oktyabr ayında reklam bloklayıcılarının istifadəsindən imtina etmiş istifadəçilərin sayı kəskin şəkildə artıb. Bunun əsas səbəbini axtarmaq elə də çox vaxt almayıb. Belə ki, əsas səbəb Google Youtube-dadır. Hələ keçən həftə məlum oldu ki, reklam bloklayıcılarından istifadə edənlərdə Youtube videolarının izlənməsi imkanının deaktiv edilməsi artıq kütləvi hal almağa başlayıb. Yəni Google şirkətinin bu praktikası artıq müxtəlif regionlarda tətbiq edilir. Görünür, şirkətin bu praktikası öz bəhrəsini verir.
         Belə ki, Ghostery adlı reklam bloklayıcısının tərtibatçıları bildiriblər ki, son 1 ay ərzində istifadəçilər sözügedən reklam bloklayıcısını öz cihazlarından 3-5 dəfə daha mütəmadi şəkildə silməyə başlayıblar. Bununla belə bunu etmiş istifadəçilərin 90%-i bildirib ki, onlar bunu Youtube-da yenidən video izləmə imkanını aktivləşdirmək səbəbilə ediblər. Buna bənzər statistikaları AdGuard AdLock adlı reklam bloklayıcılarının tərtibatçıları da təqdim ediblər. Tərtibatçıların sözlərinə əsasən Youtube tərəfindən olan bu cür "repressiya" istifadəçilərə  daha çox reklam elanlarının sərgilənməsi kampaniyasının vaxtı ilə üst-üstə düşüb. Analitiklərin fikirlərinə əsasən nəticə olaraq Google keçən ilin bu vaxtı ilə müqayisədə sözügedən istiqamətdə satışlarını 5% yüksəldib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google şirkətinə ən çox gəliri gətirən axtarış sorğuları hansılardır?
    google-sirketine-en-cox-geliri-getiren-axtaris-sorgulari-hansilardir
    Google Chrome brauzerinin 100 milyonlarla Android smartfonda dəstəyi dayandırılıb
    google-chrome-brauzerinin-100-milyonlarla-android-smartfonda-desteyi-dayandirilib
    Youtube adblock istifadəçilərinin hamısında video izləmə imkanını deaktiv etməyə başlayıb
    youtube-adblock-istifadecilerinin-hamisinda-video-izleme-imkanini-deaktiv-etmeye-baslayib
    Google Search və Google Lens həndəsə və triqonometriya tapşırıqlarının yerinə yetirilməsində yardımçı olacaqlar
    google-search-ve-google-lens-hendese-ve-triqonometriya-tapsiriqlarinin-yerine-yetirilmesinde-yardimci-olacaqlar
    Chrome brauzerində faydalı süni zəka funksiyası istifadəyə veriləcək
    chrome-brauzerinde-faydali-suni-zeka-funksiyasi-istifadeye-verilecek