main-post-cover

    Kənar mənbələrdən yüklənmiş tətbiqləri Google Play üzərindən yeniləmək olacaq

    Proqram Təminatı
    31.07.2024
    Emil Nəcəfov
         Android əməliyyat sistemində tətbiqləri təkcə Google Play-dən deyil, kənar mənbələrdən də quraşdırmaq mümkündür. Lakin bu cür tətbiqlərin yenilənməsi prosesində də bir problem mövcuddur. Belə ki, istifadəçi kənar mənbələrdən yükləmiş olduğu tətbiqləri məhz həmin kənar mənbələr vasitəsilə yeniləməli olur. İndi isə məlum olub ki, Google şirkəti kənar mənbələrdən yüklənmiş tətbiqlərin yenilənməsi prosesini sadələşdirmək niyyətindədir. Belə ki, Android Authority saytı Google Play-in 42.0.18 nömrəli versiyasının APK faylının kodunda Update from Play adlı funksiyanı aşkar edib.
         Bu funksiya kənar mənbələrdən yüklənmiş tətbiqləri Google Play üzərindən yeniləmək imkanını verir. Lakin bu mövzuda bir nüans var. Kənar mənbədən yüklənmiş tətbiqi Google Play üzərindən yeniləmək üçün həmin tətbiqin həmçinin Google Play-də mövcud olması şərtdir. Bu yeni funksiyada hansısa məhdudiyyətlərin olub-olmayacağı hələ bilinmir. Məsələn istifadəçi Google Play-də olan hansısa pullu tətbiqi və ya oyunu pulsuz şəkildə kənar mənbədən yüklədiyi və onu Google Play üzərindən yeniləmək istədiyi halda tətbiq və ya oyun daxilində kontent yenilənməsi də baş verəcəkmi? Bu məsələ hələ aydın deyil. Update from Play funksiyası hələ aktiv deyil. Çox güman ki, o, Google Play üçün nəzərdə tutulmuş gələcək yenilənmələrin birində aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel Watch 3 smart saatının promo materialları təqdim edilib
    google-pixel-watch-3-smart-saatinin-promo-materiallari-teqdim-edilib
    Google Pixel 9 Pro-nun müxtəlif gövdə rənglərində fotoları təqdim edilib
    google-pixel-9-pro-nun-muxtelif-govde-renglerinde-fotolari-teqdim-edilib
    Google Pixel 9 smartfonlarının ekran göstəriciləri təqdim edilib
    google-pixel-9-smartfonlarinin-ekran-gostericileri-teqdim-edilib
    Google Chrome-da faylların yüklənməsi prosesi daha təhlükəsiz olacaq
    google-chrome-da-fayllarin-yuklenmesi-prosesi-daha-tehlukesiz-olacaq
    Yaxın zamanda təqdimatı gözlənilən Pixel Buds Pro 2 naqilsiz qulaqlığının xarici görünüşü sərgilənib
    yaxin-zamanda-teqdimati-gozlenilen-pixel-buds-pro-2-naqilsiz-qulaqliginin-xarici-gorunusu-sergilenib