Logo
    main-post-cover

    Keyfiyyətsiz tətbiqlər Google Play Store-dan silinəcək

    Proqram Təminatı
    19.07.2024
    Emil
        Google şirkəti Play Store-da mövcud olan keyfiyyətsiz tətbiqlərlə mübarizə aparmağa başlayır. Bu istiqamətdə şirkət spam və minimal funksionallıq mövzuları ilə bağlı siyasətində dəyişikliklər edib. Bu, funksionallıq və keyfiyyət ilə bağlı tələblərə cavab verməyən tətbiqləri Play Store-dan silmək və ya onları məhdudlaşdırmaq üçün edilib. Şirkətin yenilənmiş siyasəti 31 avqust tarixindən qüvvəyə minəcək.
          Qeyd etmək lazımdır ki, şirkət Android üçün nəzərdə tutulmuş tətbiqlərin Play Store-a daxil olmalarından öncə çox ciddi yoxlanış prosesinə sahibdir. Google aydın şəkildə qeyd edir ki, tətbiqlər istifadəçilər ilə stabil qarşılıqlı əlaqəni təmin etməlidirlər. Bu isə o deməkdir ki, mütəmadi şəkildə sıradan çıxan, istifadəçilərin maraqlarını cəlb etmək üçün lazımi qədər kontentə sahib olmayan və heç bir faydalı funksionallığı təklif etməyən tətbiqlər Play Store-dan silinəcəklər. Şirkət bildirib ki, aşağıda qeyd edilmiş tətbiqlər şirkətin yeni siyasətini pozma riskinə sahibdirlər.
    - Yalnız mətndən təşkil edilmiş tətbiqlər
    - Bir fon təsvirinə sahib tətbiqlər
    - Quraşdırma prosesinə start veriləndən sonra yüklənməyən və quraşdırılmayan tətbiqlər
    - İstifadəçi əməliyyatlarına reaksiya verməyən tətbiqlər.
     
    Paylaş