Logo
    MapQuest nömrə nişanı kameralarını göstərən xəritə qatını təqdim etdi

    MapQuest nömrə nişanı kameralarını göstərən xəritə qatını təqdim etdi

        “MapQuest” 18 oktyabrda xəritə və naviqasiya tətbiqinə yeni müşahidə qatı əlavə edib. Bu funksiya xəritədə məlum nömrə nişanı kameralarının yerlərini göstərir. İstifadəçilər xəritə seçimlərindən həmin qatı aktivləşdirib marşrutdakı avtomatik müşahidə nöqtələrini əvvəlcədən görə bilərlər.
        Yeni qatda “Flock Safety” ilə yanaşı, “Motorola Solutions”, “Genetec”, “Axis Communications”, “Axon”, “Leonardo”, “Neology”, “Rekor”, “PlateSmart”, “Ubicquia” və “Verkada” kameraları göstərilir. Siyahıya “Vigilant” və “ELSAG” sistemləri də daxildir. “MapQuest” başqa markaların açıq havada quraşdırılmış müşahidə kameralarını da xəritəyə əlavə etdiyini açıqlayıb.
        Xəritədə hər kameranın yeri və baxdığı istiqamət görünür. Söhbət ALPR sistemlərindən, yəni avtomobilin nömrə nişanını avtomatik oxuyan kameralardan gedir. Sürücülər uyğun alternativ varsa, həmin kameraların olduğu küçələrdən yan keçən marşrut seçə bilərlər.
        “MapQuest” kameralarla bağlı məlumatları necə topladığını açıqlamayıb. Xidmətin xəritəsi daha əvvəl təhlükəsizlik tədqiqatçısının “Flock Safety” məlumatları əsasında hazırladığı layihəyə bənzəyir. Şəhər rəhbərlikləri və polis bu kameraların şübhəli avtomobilləri izləməyə kömək etdiyini deyir. Tənqidçilər sistemin insanları icazəsiz izləmək və məlumatlardan sui-istifadə etmək riski yaratdığını düşünürlər.
        ALPR sistemlərində idarəetmə səhvləri və polis əməkdaşlarının sistemdən düzgün istifadə etməməsi ilə bağlı hallar qeydə alınıb. Belə səhvlərdən biri günahsız avtomobil icmalçısının saxlanması ilə nəticələnib. Sakinlərin etirazından sonra bəzi şəhərlər kameraları yığışdırmağa başlayıb. Kameraların sıx olduğu ərazilərdə “MapQuest” alternativ yol göstərsə də, müşahidədən tam yayınmaq çətin ola bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...