Logo
    main-post-cover

    MediaTek real zaman ərzində foto tərtibatını reallaşdıran texnologiyasını sərgiləyib (VİDEO)

    Proqram Təminatı
    29.02.2024
    Emil
         MediaTek şirkəti MWC 2024 sərgisi çərçivəsində fotoların tərtibatı mövzusunda yeni nəsil texnologiyasını sərgiləyib. Bazarda artıq mövcud olan analoqlar fotoları sorğuların göndərilməsindən sonra tərtib edirlər. Lakin MediaTek şirkətinin sərgiləmiş olduğu neyron şəbəkəsi fotoları real zaman ərzində tərtib edir. Yəni fotolar istifadəçinin bu və ya digər mətnli təsviri çap etdiyi zaman tərtib edilir. Microsoft Copilot, Midjourney, DALL-E, Adobe Firefly kimi neyron şəbəkələrinin fotoları tərtib etmə prosesləri bu cür reallaşır. İstifadəçi tərtib etmək istədiyi fotonun təsvirini mətn formatında qeyd edir və onu sistemə göndərir. Sistem isə öz növbəsində bir neçə saniyə və ya dəqiqədən sonra bir və ya bir neçə variantda fotonu təqdim edir.
         MediaTek-in texnologiyası isə fotoları istifadəçinin mətnli təsviri çap etdiyi zaman dəyişərək onu minimal gecikmə ilə tərtib edir. Bu öz növbəsində tərtibat prosesinə nəzarət etməyə və sorğunu tam qeyd etmədən fotoda hər hansısa dəyişikliyi reallaşdırmağa imkan verir. Üstəlik bu, neyron şəbəkəsinin bu və ya digər sorğunu düzgün şəkildə başa düşmədiyi halda onu real zaman ərzində dəyişmək üstünlüyünü verir. MediaTek-in bu neyron şəbəkəsinin çalışma prosesi şirkətin Dimensity 9300 prosessoru vasitəsilə çalışan flaqman smartfon prototipində sərgilənib.
    Paylaş