
Microsoft Copilot-a GPT-4 Turbo və DALL-E 3 sistemləri inteqrasiya edilib
Proqram Təminatı
06.12.2023
Emil
Microsoft şirkəti Copilot adlı süni zəka köməkçisinə GPT-4 Turbo süni zəka sistemini və mətn formatında təsvirlər əsasında fotoların tərtibatı üçün nəzərdə tutulmuş DALL-E 3 sistemini inteqrasiya edib. Bu iki sistem Copilot-un ümumi funksionallığını yaxşılaşdırmalıdır. GPT-4 Turbo sayəsində Copilot-a daxil edilən mətn həcmi 50 səhifədən 300 səhifəyə yüksəlib. Hal hazırda GPT-4 Turbo-ya sahib Copilot məhdud sayda istifadəçi arasında test edilir. Lakin yaxın həftələr ərzində o, bütün istifadəçilər üçün aktiv olacaq. Copilot-un tərkibinə inteqrasiya edilmiş DALL-E 3 sistemindən isə artıq bu linkdən hamı faydalana bilər.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
