Logo
    main-post-cover

    Microsoft Copilot süni zəka köməkçisi tətbiqinin macOS versiyası istifadəyə verilib

    Proqram Təminatı
    28.02.2025
    Emil
         Microsoft, Copilot süni zəka köməkçisini müstəqil tətbiq kimi macOS istifadəçiləri üçün təqdim edib. Tətbiq hal-hazırda ABŞ, Böyük Britaniya və Kanadada əlçatandır və Mac App Store üzərindən yüklənə bilər. Hazırda Mac kompüterləri dünyada ən geniş yayılmış süni zəka funksiyaları ilə təchiz edilmiş kompüterlər hesab olunurlar. Copilot for macOS üçün aşağıdakı tələblər mövcuddur:
    - Apple M1 və daha yeni prosessorlara malik Mac kompüteri
    - macOS 14 Sonoma və ya daha yeni əməliyyat sistemi.
         Tətbiq dark mode rejimini dəstəkləyir və sürətli giriş üçün düymə kombinasiyalarını təklif edir. Command + Space kombinasiyası ilə AI köməkçisini aktivləşdirmək mümkündür. Bu kombinasiya, Windows üçün Copilot versiyasında Alt + Space kombinasiyası ilə süni zəka köməkçisinin işə salınmasına bənzəyir. Copilot-un iPad versiyası yaxın zamanda bölünmüş ekran rejimi (split-screen) dəstəyini əldə edəcək.
         Bundan əlavə, iPhone və iPad istifadəçiləri Apple ID vasitəsilə Copilot-a daxil ola biləcəklər. İstifadəçilər tətbiqə mətn və ya PDF sənədləri yükləyə, bu sənədlərlə bağlı suallar verə və ya süni zəka köməkçisindən onlar əsasında qısa məzmun (summary) yaratmağı tələb edə bilərlər. Sənədlər üçün məzmun xülasəsi funksiyası yaxın zamanda Copilot-un macOS versiyasında da əlçatan olacaq.
         Copilot-un macOS üçün buraxılışı, Microsoft-un Copilot VoiceThink Deeper funksiyalarını pulsuz və limitsiz istifadəyə verməsindən cəmi bir neçə gün sonra baş verib. Əvvəllər Think Deeper (OpenAI-nin o1 modelinə əsaslanır) və Copilot Voice funksiyaları pulsuz istifadəçilər üçün məhdudiyyətlərə malik idi, lakin Microsoft bu məhdudiyyətləri aradan qaldırıb. Bunun sayəsində istifadəçilər Copilot ilə daha geniş və dərin söhbətlər aparmaq imkanı əldə edirlər.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    daha-bir-dovrun-sonu-skype-yaxin-zamanda-fealiyyetini-dayandiracaq
    Proqram Təminatı

    Daha bir dövrün sonu: Skype yaxın zamanda fəaliyyətini dayandıracaq

    Yaxın aylarda Microsoft-un Skype-ı bağlamağa hazırlaşdığı ehtimal olunur. Tətbiqin sonuncu ön baxış versiyasının kodunda gizli bir sətir aşkar edilib: "May ayından etibarən Skype əlçatan olmayacaq. Zəng etmək və ünsiyyəti davam etdirmək üçün Teams-dən istifadə edin".
    microsoft-suni-zeka-vasitesile-intim-kontentlie
    Təhlükəsizlik

    Microsoft süni zəka vasitəsilə intim kontentlər hazırlamış haker qruplaşmasını çökdürüb

    Microsoft, ABŞ və digər ölkələrdən olan hakerlərin süni zəka əsaslı generativ alətlərin məhdudiyyətlərini aşaraq zərərli kontent yaratdıqlarını aşkar edib. Bu fəaliyyətə Azure bulud xidmətində OpenAI modellərindən istifadə edən hakerlər də daxildir.
    microsoft-office-tetbiqlerinin-pulsuz-versiyalarini-istifadeye-verib
    Proqram Təminatı

    Microsoft Office tətbiqlərinin pulsuz versiyalarını istifadəyə verib

    Microsoft heç bir anons etmədən Windows üçün Office tətbiqlərinin pulsuz versiyasını təqdim edib. Bu versiya Microsoft 365 abunəliyi və ya lisenziya açarı olmadan Word, Excel və PowerPoint sənədlərinin yaradılmasına və redaktə edilməsinə imkan verir.
    windows-11-in-start-menyusunun-yeni-dizayni-sergilenib
    Proqram Təminatı

    Windows 11-in Start menyusunun yeni dizaynı sərgilənib

    Microsoft Windows 11-də Start menyusunun tezliklə dəyişəcəyini təsdiqləyib və tətbiqlərin siyahısının təşkilinə dair iki yeni variant təqdim edib.
    microsoft-video-oyunlarin-hazirlanmasi-prosesinde-suni-zekadan-istifade-etmek-isteyir
    Süni İntellekt

    Microsoft video oyunların hazırlanması prosesində süni zəkadan istifadə etmək istəyir

    Süni zəkanın vahid dünyaya və qaydalara malik video oyunlar yaratmaq üçün istifadəsi oyun dizaynerləri üçün faydalı ola bilər. Microsoft tərəfindən yaradılmış Muse adlı süni zəka modeli video oyunlardan realistik səhnələr yarada bilir.