Logo
    Microsoft Copilot tətbiqinin iOS və iPadOS versiyaları istifadəyə verilib

    Microsoft Copilot tətbiqinin iOS və iPadOS versiyaları istifadəyə verilib

         Bir neçə gün bundan öncə Microsoft şirkəti özünün süni zəka əsaslı Copilot çat-botunun Android tətbiqini istifadəyə verdi. İndi isə məlum olub ki, şirkət sözügedən tətbiqin həmçinin iOS iPadOS versiyalarını da istifadəyə verib. Tətbiqin hər iki versiyasını artıq App Store-dan yükləmək olar. Copilot-un Android versiyasında olduğu kimi iOS və iPadOS versiyalarında da çat-bota müxtəlif sualları vermək, mətnləri və DALL-E 3 sistemi üzərində fotoları tərtib etmək olar. Pulsuz təqdim olunan ChatGPT-dən fərqli olaraq Copilot-da OpenAI şirkətinin GPT-4 sistemi istifadə edilir. Qeyd etmək lazımdır ki, Copilot-un bu platformalarda tətbiqinin istifadəyə verilməsi Bing Chat-ın Copilot-a rebrendinqinin bir hissəsidir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Microsoft Copilot tətbiqinin iOS və iPadOS versiyaları istifadəyə verilib