
Microsoft istifadəçilərə Windows 11 vasitəsilə çalışan yeni kompüter əldə etməyi məsləhət görüb
Proqram Təminatı
08.10.2024
Emil
Microsoft şirkəti daha çox istifadəçini Windows 11-ə keçməyə məcbur etməyə cəhd göstərməklə bu əməliyyat sisteminin bazarda daha geniş yayılması məqsədini qarşısına qoyub. Buna görə də şirkət bu mövzuda istifadəçilərə yeni məsləhət verib. Söhbət, onların yeni kompüter əldə etmələrindən gedir. Microsoft-un saytının dəstək xidməti bölməsində istifadəçinin istifadə etdiyi Windows versiyasının dəstəyinin dayandırılması halında onun nə etməli olduğu barəsində məlumat əks olunub.
Windows 10 hələ də istifadəçilər arasında ən məşhur Windows versiyası olsa da, şirkət aydın şəkildə qeyd edib ki, o, istifadəçilərin çox hissəsini Windows 11-ə keçirtmək istəyir. Beləliklə şirkət saytının dəstək xidməti bölməsində dəstəyi dayandırılmış Windows versiyasına sahib istifadəçiyə sadəcə olaraq Windows 11 vasitəsilə çalışan yeni kompüterin əldə edilməsi məsləhət görülüb. Qeyd etmək lazımdır ki, rəsmi şəkildə dəstəyə sahib olmamalarına baxmayaraq 10 il bundan öncə satışa çıxmış prosessorlar vasitəsilə çalışan kompüterlərdə də Windows 11-i işə salmaq olar.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
