Logo
    main-post-cover

    Microsoft öz əməliyyat sistemində Windows Control Panel-dən imtina edəcək

    Proqram Təminatı
    22.08.2024
    Emil
         Microsoft öz əməliyyat sistemi daxilindəki Windows Control Panel-dən imtina etmək planının olduğunu təsdiqləyib. Şirkətin Control Panel-dən imtina etmək istəməsi barəsində ilk məlumatlar hələ 2011-ci ildə Windows 8-in istifadəyə verilməsi ilə ortaya çıxmışdı. Lakin indiyədək sözügedən tətbiq Windows daxilində mövcud olub. İndi isə məlum olub ki, Microsoft əməliyyat sistemi daxilindəki Control Panel tətbiqindən gələcəkdə imtina edəcəyi ilə bağlı məlumatı öz saytında yerləşdirib. Şirkətin saytında qeyd edilib ki, sözügedən tətbiqdən imtina prosesi mərhələli şəkildə reallaşdırılır və nəticədə o, standart Settings tətbiqi ilə əvəz ediləcək. Belə ki, Settings tətbiqi daha müasir və optimizasiya edilmiş interfeysi təqdim edir. Şirkətin sözlərinə əsasən Control Panel-in hal-hazırda mövcud olmasının əsas səbəbi ondakı bəzi ayarların hələ Settings tətbiqinə köçürülməməsidir.
    Paylaş