
Microsoft süni zəka vasitəsilə fotoların tərtibatı üçün Designer adlı yeni platformasını istifadəyə verib
Proqram Təminatı
18.07.2024
Emil
Microsoft şirkəti fotoların tərtibatı və redaktəsi üçün nəzərdə tutulmuş süni zəka əsaslı Designer adlı platformasını istifadəyə verib. Bu yeni platforma nəticə etibarilə məşhur Canva servisinin alternativi ola bilər. Uzun müddət ərzində baş tutmuş beta test mərhələsindən sonra Designer platforması Microsoft istifadəçi hesabına sahib bir çox istifadəçi üçün aktivdir. Bu platforma həm veb versiyada, həm Android və iOS üçün nəzərdə tutulmuş mobil tətbiq versiyasında, həm də Windows üçün desktop tətbiq versiyasında aktivdir. O, 80-dən çox dili dəstəkləyir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
