main-post-cover

    Netflix, Apple Vision Pro üçün tətbiq hazırlamamağının səbəbini açıqlayıb!

    Proqram Təminatı
    26.01.2024
    Chinara Pardashunas
         Bildiyimiz kimi, "Netflix" bir çox cihazlarda yer alan populyar film və serial platformalarından biridir. Lakin ötən günlərdə şirkətin "Apple Vision Pro" üçün mobil tətbiq hazırlamayacağı, hətta mobil tətbiqi uyğunlaşdırmayacağı xəbəri ortaya çıxdı. Bunun səbəbləri o zaman məlum olmasa da artıq şirkət rəsmiləri bu barədə açıqlama verməyə başlayıb.
         Belə ki, "Netflix" şirkətinin baş direktoru Greg Peters-in açıqlamasına görə, "Netflix", "Apple Vision Pro"nu hələlik istifadəçilər üçün vacib bir məhsul olmadığını və qazanc əldə etmək üçün kiçik bir cihaz olduğunu bildirir. Bundan əlavə, o, bunun səbəbini istəksizliklə əlaqəli olmadığını, əksinə hər platformada mövcud olmaq istədiklərini də qeyd edib. Şirkət rəsmisinin fikrinə görə, onlar bunu etmək üçün tez bir şəkildə qərar verməməyə diqqət edirlər və işlərin necə gedəcəyini gözləyirlər.
         Nəticə etibarı ilə, Peters, "Apple" ilə bir-birilərinə kömək etmək üçün tez-tez əlaqə saxladıqlarını və buna görə də, gələcəkdə "Netflix"in "Apple Vision Pro"da ola biləcəyinin qeyri-mümkün olmadığını da qeyd edib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Vision Pro-nun ilk satış statistikası açıqlanıb
    apple-vision-pro-nun-ilk-satis-statistikasi-teqdim-aciqlanib
    Apple Vision Pro-nun təmiri hansı qiymətə başa gələcək
    apple-vision-pro-nun-temiri-hansi-qiymete-basa-gelecek
    Apple Vision Pro-nun birinci partiyası bir saat ərzində satılıb
    apple-vision-pro-nun-birinci-partiyasi-bir-saat-erzinde-satilib
    Apple Vision Pro beynəlxalq bazarda nə zaman satışa çıxacaq?
    apple-vision-pro-beynelxalq-bazarda-ne-zaman-satisa-cixacaq
    Apple Vision Pro-da istifadə edilən M2 prosessorunun versiyası məlum olub
    apple-vision-pro-da-istifade-edilen-m2-prosessorunun-versiyasi-melum-olub