main-post-cover

    Netflix-in film və serialları yükləmək xüsusiyyəti tarixə qovuşur!

    Proqram Təminatı
    16.05.2024
    Aslan Aslanov

         Netflix-in Windows versiyasındakı tətbiqində yükləmə dəstəyini siləcəyi xəbəri ortaya çıxıb.

         Windows-da seriallara və filmlərə baxan Netflix istifadəçiləri tətbiqdə böyük dəyişikliklə üzləşirlər. Rəqəmsal yayım nəhəngi, Windows tətbiqi yeniləməsi çərçivəsində oflayn istifadənin qarşısını alacağını söyləyib. Bu onu göstərir ki, artıq Netflix-də serialları və filmləri yükləmək mümkün olmayacaq. Netflix, Windows versiyasındakı tətbiqində etdiyi bəzi dəyişikliklərə toxunub. O bildirib ki, yenilənmiş versiya yayım keyfiyyətində müəyyən artımlar təklif edəcək. Bundan başqa, dəyişikliklər arasındakı ən diqqət çəkən məqam artıq oflayn baxış dəstəyinin olmamasıdır. Bu kontekstdə Netflix, film və serial epizodlarının endirilməsinə icazə verməyəcək.
         Bu qərar xüsusilə internet bağlantısı olmadan serial və ya film izləmək istəyənlərə təsir edəcək. Bir çox istifadəçinin Netflix-i metroda və ya təyyarədə izlədiyini nəzərə alsaq, bu dəyişikliyin kifayət qədər reaksiya çəkəcəyi görünür. Netflix-in dəstək səhifəsində də yükləmə funksiyasının silindiyi təsdiqlənib. Əlavə olaraq, onu da qeyd etməliyik ki, bu qərar hələlik Windows 10 və 11 istifadəçilərinə təsir edəcək. Ən azından bu mərhələdə Netflix-in mobil proqramı vasitəsilə serial və filmləri yükləmək mümkündür. Netflix tətbiqindən məzmun yükləmək qadağan olsa da, üçüncü tərəf tətbiqlərinin işə düşəcəyini söyləyə bilərik. Belə ki, gələcəkdə üçüncü tərəf tətbiqlərindən istifadə edərək Windows-da serial və filmləri yükləmək mümkün ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    "Netflix, sevişmə səhnələrini ötürmək üçün xüsusiyyət əlavə edir" xəbəri sosial mediada gündəmə səbəb oldu!
    netflix-sevisme-sehnelerini-oturmek-ucun-xususiyyet-elave-edir-xeberi-sosial-mediada-gundeme-sebeb-oldu
    Netflix-ə Facebook Messenger istifadəçilərinin mesajlarını oxumaq imkanı verilibmiş
    netflix-e-facebook-messenger-istifadecilerinin-mesajlarini-oxumaq-imkani-verilibmis
    Netflix, Apple Vision Pro üçün tətbiq hazırlamamağının səbəbini açıqlayıb!
    netflix-apple-vision-pro-ucun-proqram-hazirlamamaginin-sebebini-aciqlayib