Logo
    main-post-cover

    Nəyə görə Apple kənar tətbiq mağazaları imkanını digər ölkələrdə reallaşdırmır?

    Proqram Təminatı
    26.01.2024
    Emil
         Apple şirkətinin App Store platforması ilə bağlı siyasətində etmiş olduğu dəyişiklik Avropa Birliyinin tənzimləyici orqanları tərəfindən təyin edilmiş rəqəmsal bazarlar barəsində qanunvericiliyin (DMA) tələbləridir. Təbii ki, Apple şirkəti bu dəyişiklikləri təkcə Avropa Birliyi ölkələrində deyil, digər regionlar üçün də tətbiq edə bilərdi. Lakin şirkət bu cür ideyadan imtina edib. İndi isə şirkət bunun səbəbini açıqlayıb.
         İlk növbədə şirkət bildirib ki, DMA tərəfindən tələb edilən dəyişikliklər isitifadəçilər üçün bəzi təhlükələri ortaya çıxarır və daha öncə həmin təhlükələr Apple şirkətinin siyasəti vasitəsilə aradan qaldırılırdı. Söhbət, zərərli proqram təminatlarından qorunma, dələduzluq, qanunsuz və ya arzuolunmaz kontentlərin qarşısının alınması, şirkətin bu cür təhlükələrin qarşısını almaq imkanlarının ixtisar olunması kimi hallardan gedir.
         DMA tərəfindən tələb edilən dəyişikliklər həmçinin hələ yoxlanılmamış və ya təkmilləşdirməyə ehtiyac duyan texnologiyalar ilə prosesləri özlərində birləşdirirlər. Bu məsələdə Apple öz inkişaf dövrünün ən təməl özəlliklərindən birini açıqlayıb. Söhbət, istifadəçilərin etibarından gedir. Apple təmsilçiləri bildiriblər ki, konfidensial məlumatların qorunması faktoru şirkət ilə istifadəçilər arasındakı qarşılıqlı əlaqənin ayrılmaz hissəsinə çevrilib. Bunun üçün isə tətbiqləri və onlar üçün nəzərdə tutulan yenilənmələri ciddi şəkildə nəzarətdə saxlamaq lazımdır.
    Paylaş