
Nothing Phone (1) üçün Android 14-ün beta versiyası istifadəyə verilib
Proqram Təminatı
20.12.2023
Emil
Nothing şirkəti öz ilk smartfonu Nothing Phone (1) üçün Android 14-ün beta versiyasını anons edib. Sözügedən smartfon üçün Android 14-ün beta versiyası NothingOS 2.5 Open Beta 1 adı altında istifadəyə verilib. Bu sistem yenilənməsi çərçivəsində Nothing Phone (1) smartfonu Android 14-ün beta versiyası ilə yanaşı NothingOS 2.5 istifadəçi interfeysini də əldə edir. Android 14-ün stabil versiyasının Nothing Phone (1) üçün nə zaman istifadəyə veriləcəyi bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
