Logo
    main-post-cover

    Nothing şirkəti fərdi əməliyyat sistemini hazırlamağı planlaşdırır

    Proqram Təminatı
    01.11.2024
    Emil
          Nothing şirkətinin təsisçisi və CEO-su olan Carl Pei, TechCrunch Disrupt 2024 konfransı çərçivəsində çıxışı zamanı bildirib ki, şirkət fərdi əməliyyat sisteminin hazırlanması variantını nəzərdən keçirir. Pei bildirib ki, smartfonlar əlaqənin yaradılması və məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuş ən vacib vasitədir. Bununla belə Pei, Google Apple şirkətlərinin mobil əməliyyat sistemləri bazarında dominant mövqelərə sahib olmalarından narazılığını bildirib.
         Onun sözlərinə əsasən fərdi əməliyyat sisteminin hazırlanması Nothing şirkətinə bazarda digərlərindən seçilmək imkanını verəcək və şirkət üçün əlavə gəlir mənbəyi olacaq. Nothing CEO-nun sözlərinə əsasən süni zəka texnologiyasının inkişafı sayəsində əməliyyat sisteminin hazırlanması prosesi daha da sadələşib. Pei əlavə edib ki, şirkət əməliyyat sisteminin drayverlər və nüvə kimi təməl özəllikləri üzərində çalışmağı planlaşdırmır. Bunun yerinə şirkət istifadəçi interfeysinin yaxşılaşdırılmasına diqqət ayıracaq. Nothing-in fərdi əməliyyat sisteminin nə zaman istifadəyə veriləcəyi məlum deyil.
    Paylaş