NVIDIA-nın yeni funksiyası istənilən videoda HDR-ı işə salır (VİDEO)
Proqram Təminatı
25.01.2024
Emil
NVIDIA şirkəti GeForce RTX videokartları üçün nəzərdə tutulmuş RTX Video HDR adlı yeni funksiyasını təqdim edib. Bu yeni funksiya real zaman ərzində SDR kontentdə HDR-ı aktivləşdirir. Lakin bunun üçün müəyyən texniki tələblər də mövcuddur. 551.23 Game Ready drayverinin quraşdırılmasından sonra bu yeni funksiya GeForce RTX seriyasının bütün videokartlarının istifadəçiləri üçün aktiv olacaq. RTX Video HDR funksiyasından istifadə etmək üçün istifadəçidə HDR10 standartının dəstəyinə sahib monitor olmalıdır. Bu funksiyadan Microsoft Edge və Google Chrome brauzerlərində video izləmə zamanı yararlanmaq olar.