NVIDIA şirkəti birbaşa kompüterə çalışan çat-botu istifadəyə verib (VİDEO)
Proqram Təminatı
14.02.2024
Emil
NVIDIA şirkəti Chat with RTX adlı lokal çat-botunu təqdim edib. Bu çat-bot bilavasitə istifadəçi kompüterində çalışa bilir. Chat with RTX çat-botu Mistral və Llama 2 kimi açıq mənbəli koda sahib böyük dil modelləri ilə çalışmaq üçün kompüterin sərt diskindəki özəl məlumatların istifadəsini mümkün edir. Sərt diskdəki fayllar əsasında çat-bot istifadəçinin suallarına cavab verə bilər. Sistem .txt, .pdf, .doc/.docx və .xml də daxil olmaqla müxtəlif fayl formatlarını dəstəkləyir. NVIDIA bildirib ki, özəl faylların çat-botun sisteminə yüklənməsi prosesi bir neçə saniyəyə reallaşdırılır.
Fayllar yüklənəndən sonra onların tərkib hissələrində olan məlumatlar çat-botun daha dolğun cavabları təqdim edilməsi üçün sistemə inteqrasiya edilir. Chat with RTX həmçinin videoların inteqrasiyası və Youtube videolarının analizlərini dəstəkləyir. İstifadəçi bu və ya digər videonun linkini çat-bota göndərir, çat-bot videonun tərkib hissəsini analiz edir və istifadəçiyə verilən cavablarda analiz nəticəsində əldə edilmiş məlumatlara əsaslanır. Sözügedən çat-botun çalışması üçün internetə qoşulma şərt deyil. Bu öz növbəsində məlumatların konfidensiallıqlarını təmin edir. Chat with RTX-dən istifadə etmək üçün RTX 30 seriyası və ya ondan sonrakı seriyaların videokartlarından biri və 8 GB VRAM lazımdır.
Paylaş
Bənzər xəbərlər
Tech-Biznes
NVIDIA Amazon-u geridə qoyaraq dünyanın dördüncü ən bahalı şirkəti oldu
NVIDIA şirkəti bazar dəyəri mövzusunda Amazon şirkətini geridə qoyub.
Cihazlar+
Mütəxəssislər ən performanslı 56 videokart modelinin reytinqini tərtib ediblər
PCGamesHardware adlı sayt ən performanslı videokartların reytinqini tərtib edib.
Cihazlar+
Texnoloji bloggerlər NVIDIA GeForce RTX 4070 Ti SUPER videokartından narazı qaldılar
Yeni NVIDIA GeForce RTX 4070 Ti SUPER videokartının ilk icmalları artıq internetdə ortaya çıxmağa başlayıb.
Proqram Təminatı
NVIDIA-nın yeni funksiyası istənilən videoda HDR-ı işə salır (VİDEO)
NVIDIA şirkəti GeForce RTX videokartları üçün nəzərdə tutulmuş RTX Video HDR adlı yeni funksiyasını təqdim edib.
Cihazlar+
NVIDIA GeForce RTX 4080 SUPER videokartı Geekbench 5 testlərindən keçib
İnternetdə NVIDIA GeForce RTX 4080 SUPER videokartının Geekbench 5-dəki ilk test nəticələri ortaya çıxıb.
Ən çox oxunanlar