Logo
    main-post-cover

    O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib

    Proqram Təminatı
    03.02.2025
    Emil
         OpenAI şirkətinin CEO-su Sam Altman 2 həftə bundan öncə yeni nəsil böyük dil modeli o3 mini-nin məntiq yürütmə qabiliyyətinə malik olacağını və bir neçə həftə ərzində istifadəyə veriləcəyini vəd etmişdi. Və sözünə əməl etdi – OpenAI o3-mini-ni həm ChatGPT-də, həm də API xidmətlərində istifadəyə buraxdı. Ən maraqlı məqam odur ki, yeni süni zəka modeli müəyyən məhdudiyyətlərə baxmayaraq ChatGPT-nin pulsuz istifadəçiləri üçün də əlçatan olub. İlk dəfə OpenAI şirkətinin 12 günlük Yeni il öncəsi təqdimat marafonu çərçivəsində elan edilmiş o3-mini modeli riyaziyyat, proqram kodunun yazılması və elmi fənlər üzrə tapşırıqların həll edilməsi sahələrində o1 modeli ilə performans baxımından müqayisə edilə bilər.
         Lakin o1-dən fərqli olaraq o3-mini daha sürətli cavab verə bilir. OpenAI bildirir ki, o3-mini modeli o1-mini modelindən 24% daha sürətli işləyir və daha dəqiq cavablar təqdim edir. o1-mini modeli kimi, yeni model də yalnız yekun cavab təqdim etməklə kifayətlənmir, həm də məsələnin həllində düşüncə prosesini nümayiş etdirir. Dekabr ayında OpenAI bir neçə erkən test təqdim edərək o3 modelinin o1-dən üstün olduğunu nümayiş etdirmişdi. İndi isə tərtibatçılar bildirirlər ki, o3-mini versiyası kodlaşdırma və məntiqi düşünmə ilə bağlı bir sıra tapşırıqlarda o1-dən daha yaxşı nəticə göstərir, eyni zamanda daha az resurs və gecikmə tələb edir.
         Tərtibatçılar o3-mini modelindən OpenAI-nin API xidmətləri, o cümlədən Chat Completions API, Assistants API Batch API vasitəsilə istifadə edə biləcəklər. Ödənişli istifadəçilər üçün isə o3-mini-high modeli də əlçatan olub. OpenAI şirkətinin sözlərinə əsasən, bu model ChatGPT-də proqram kodunun yazılması üçün ən yaxşı seçim olacaq və daha intellektual cavablar təqdim edəcək, baxmayaraq ki, cavab müddətində bir qədər gecikmə ola bilər. Bundan əlavə, o3-mini internetdə axtarışı dəstəkləyir, istifadəçilərə veb mənbələrə istinad edərək cavablar tapmaq imkanı verir.
         Bu, həm də ilk dəfədir ki, ChatGPT-nin pulsuz istifadəçiləri OpenAI-nin məntiqi düşünmə qabiliyyətinə malik modellərini sınaqdan keçirə bilirlər. Bunun üçün Çin startapı DeepSeek-ə təşəkkür etmək olar, çünki o, süni zəka dünyasını silkələdi. Lakin Microsoft-un təsirini də istisna etmək olmaz, çünki şirkət daha əvvəl Copilot istifadəçiləri üçün o1 modelinə açıq giriş təqdim etmişdi. İstifadəçilər ChatGPT-də "Reason" (məntiq) funksiyasını seçərək o3-mini-ni pulsuz test edə bilərlər. O3-mini üçün məhdudiyyətlər GPT-4o ilə eynidir. Ödənişli istifadəçilər üçün limitlər daha yüksək olacaq:
    - ChatGPT PlusTeams abunəçiləri gündə 150 mesaj göndərə biləcəklər.
    - ChatGPT Pro-nun aylıq 200$-lıq abunəlik versiyasına sahib istifadəçilər isə o3-mini-yə məhdudiyyətsiz giriş əldə edəcəklər.
    Mənbə: The Verge
    Paylaş
    Bənzər xəbərlər
    avropa-birliyi-qebuledilmez-risk-yaradan-suni-zeka-sistemlerini-tamamile-qadagan-edib
    Süni İntellekt

    Avropa Birliyi “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini tamamilə qadağan edib

    Avropa Birliyi ölkələrində “Süni Zəka Qanunu”nun (AI Act) ilk tələbləri qüvvəyə minib. Bu, süni zəkanın istifadəsini tənzimləyən irimiqyaslı qanundur. Bu qanun 2024-cü ilin mart ayında Avropa Parlamenti tərəfindən təsdiqlənib və cəmiyyət üçün “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini qadağan edir.
    pentaqon-deepseek-i-bloklamaga-calisir
    Proqram Təminatı

    Pentaqon, DeepSeek-i bloklamağa çalışır

    Pentaqon Çin süni zəka çat-botu DeepSeek-in istifadəsini təcili dayandırmaq üçün addımlar atır. Buna səbəb ABŞ Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının öz iş kompüterlərini DeepSeek-in Çin serverlərinə qoşması və bunun milli təhlükəsizlik riski yaratmasıdır.
    apple-ceo-su-tim-cook-deepseek-innovativlik-sergileyib
    Süni İntellekt

    Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"

    Apple şirkətinin CEO-su Tim Cook, DeepSeek süni zəka modelini “səmərəliliyi artıran innovasiya” kimi qiymətləndirib. Bu barədə o, analitiklərlə keçirdiyi konfrans zamanı DeepSeek-in Apple biznesinə təsiri ilə bağlı suala cavab verərkən bildirib.
    suni-zeka-yaradiciligi-muellif-huquqlari-ile-qorunmur
    Süni İntellekt

    Süni zəka yaradıcılığı müəllif hüquqları ilə qorunmur

    Technote.az The Verge saytına istinadən xəbər verir ki, yalnız mətn göstərişlərindən istifadə edərək generativ süni zəka modelləri tərəfindən yaradılmış media kontenti ABŞ-ın mövcud müəllif hüquqları qanunu ilə qorunmur.
    gpt-4o-nun-hem-odenisli-hem-de-pulsuz-versiyasi-daha-agilli-olub
    Proqram Təminatı

    GPT-4o-nun həm ödənişli həm də pulsuz versiyası daha ağıllı olub

    Technote.az OpenAI saytına istinadən xəbər verir ki, OpenAI, süni zəka modeli olan GPT-4o-nu yeniləyib. Yenilənmiş model, ChatGPT-nin həm ödənişli, həm də pulsuz versiyasını əhatə edir.