main-post-cover

    One UI 7, iPhone-nun kilid ekranı xüsusiyyətlərini, Samsung telefonlarına gətirir!

    Proqram Təminatı
    25.07.2024
    Farid Pardashunas

         Samsung-un tezliklə beta versiyasını təqdim edəcəyi One UI 7 haqqında məlumatlar sızdırılmağa davam edir. Yeni məlumatlara görə, Android 15-ə əsaslanan yeni One UI versiyası, iPhone-nun kilid ekranı xüsusiyyətlərini əldə edəcək.

         Apple, iPhone 14 Pro seriyası ilə Dynamic Island və Live Events adlı xüsusiyyətlərini təqdim etmişdi. Hər iki xüsusiyyət, istifadəçilərə vacib bildirişlərdən xəbərdar olmaq və müəyyən proqramlara tez daxil olmaq üçün iPhone ekranındakı adadan ağıllı şəkildə istifadə etməyə imkan verir. Live Events, həmçinin kilid ekranında işləyir və yemək, səyahət, idman tədbirləri və s. üçün real vaxt yeniləmələrini təmin edir. iPhone 14-ün istifadəyə verilməsindən bəri bir çox Çinli Android telefon istehsalçıları, Dynamic Island və Live Events-i sözün əsl mənasında kopyalayıblar. Deyəsən, Samsung da eyni prinsipi Android 15-ə əsaslanan One UI 7 versiyasında etməyi planlaşdırır.
         Ən son hesabatlara görə, iPhone-un Dynamic Island və Live Events funksiyasının Samsung-un One UI 7.0 versiyasında olacağı bildirilir. Bununla belə, Samsung-un bu funksiyaları necə adlandıracağı və daha da əhəmiyyətlisi, onları təkmilləşdirib-təkmilləşdirməyəcəyi, başqa yollarla faydalı edib-etməyəcəyi bəlli deyil. iOS xüsusiyyətlərini görəcəyimiz yeni One UI versiyasının ictimai beta versiyası iyulun sonu və avqustun əvvəlində buraxılmağa başlayacaq. Bu prosesdə qeyri-rəsmi olaraq One ​​UI 7 ilə gələn yeni xüsusiyyətləri görməyə davam edəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung OneUI 7.0-da olacaq yenilənmiş Camera tətbiqinin interfeys fotoları təqdim edilib
    samsung-oneui-70-da-olacaq-yenilenmis-camera-tetbiqinin-interfeys-fotolari-teqdim-edilib
    Təqdimata hazırlaşan Samsung Galaxy M55s smartfonu Geekbench testlərindən keçib
    teqdimata-hazirlasan-samsung-galaxy-m55s-smartfonu-geekbench-testlerinden-kecib
    Yeni Samsung telefonları, defolt olaraq APK quraşdırılmasını bloklayır!
    yeni-samsung-telefonlari-defolt-olaraq-apk-qurasdirilmasini-bloklayir
    Samsung süni zəkaya istiqamətlənmiş smartfonlar üzərində çalışır
    samsung-suni-zekaya-istiqametlenmis-smartfonlar-uzerinde-calisir
    OLED texnologiyasını Samsung-dan Çinə sızdıran mühəndis, həbs edilib!
    oled-texnologiyasini-samsung-dan-cine-sizdiran-muhendis-hebs-edilib