
OneUI 6.1 istifadəçi interfeysi Samsung Galaxy S21, S22, Galaxy Z Fold 3 və Z Flip 3 smartfonları üçün istifadəyə verilib
Proqram Təminatı
03.05.2024
Farid
Samsung şirkəti mart ayında Galaxy S23 smartfonları və qatlana bilən Galaxy Z Fold 5 ilə Z Flip 5 smartfonları üçün OneUI 6.1 istifadəçi interfeysini istifadəyə vermişdi. İndi isə şirkət OneUI 6.1-i Galaxy S21 və S22 smartfon seriyaları ilə qatlana bilən Galaxy Z Fold 3 və Z Flip 3 smartfonları üçün istifadəyə verib. Galaxy S21 smartfonları OneUI 6.1 sayəsində bəzi Galaxy AI funksiyalarını əldə ediblər. Onlardan biri də Circle to Search funksiyasıdır. Bu funksiya fotolardakı obyektlər barəsində məlumatları sürətli şəkildə axtarmağa imkan verir. OneUI 6.1 Galaxy S21 smartfonlarının ilk növbədə Cənubi Koreyadakı istifadəçiləri üçün təqdim edilib.
Yaxın zamanda isə o, Galaxy S21 smartfonlarının bütün istifadəçilərində aktiv olacaq. Galaxy S23 smartfon seriyasına gəldikdə isə onun OneUI 6.1 sayəsində hansı Galaxy AI funksiyalarını əldə etdiyi məlum deyil. Lakin dəqiq olan odur ki, Galaxy S22 smartfonlarında Galaxy AI funksiyaları istifadəyə verilib. Galaxy S22 smartfonları üçün OneUI 6.1 yenilənməsinin həcmi 3 GB təşkil edir və o da ilk növbədə bu smartfonların Cənubi Koreyadakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda sistem yenilənməsi Galaxy S22 smartfonlarının bütün istifadəçiləri üçün aktiv olacaq. Eyni hal qatlana bilən Galaxy Z Fold 3 və Z Flip 3 smartfonları üçün də keçərlidir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
