
OneUI 6.1 istifadəçi interfeysini ilk əldə edəcək Samsung smartfonlarının siyahısı təqdim edilib
Proqram Təminatı
17.01.2024
Emil
Sammobile saytı Samsung serverlərində One UI 6.1 istifadəçi interfeysinin test versiyalarını ilk əldə edəcək smartfonların siyahısını aşkar edib. Çox güman ki, siyahıdakı smartfonlar bugün təqdim olunacaq Galaxy S24 smartfon seriyası ilə birlikdə anons ediləcək yeni OneUI funksiyalarını ilk əldə edəcək smartfonlar olacaqlar. Beləliklə siyahı aşağıdakı kimidir.
- Galaxy S21 seriyası
- Galaxy S22 seriyası
- Galaxy S23 seriyası
- Galaxy Z Fold 5
- Galaxy Z Flip 5
- Galaxy A54
- Galaxy A34.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
