
OneUI 6.1 yenilənməsindən sonra Samsung Galaxy S23-ün barmaq izi skanının çalışmasında problemlər yaranıb
Proqram Təminatı
04.04.2024
Sabina
Dünən xəbər ortaya çıxdı ki, OneUI 6.1 yenilənməsindən sonra Samsung-un flaqman smartfonlarının istifadəçiləri sürətli şarj texnologiyasının çalışmasında problemlər yaşamağa başlayıblar. İndi isə məlum olub ki, OneUI 6.1 yenilənməsindən sonra istifadəçilər üstəlik barmaq izi skanının çalışmasında da problemlə qarşılaşıblar. Galaxy S23 istifadəçiləri Reddit platformasında qeyd ediblər ki, OneUI 6.1 yenilənməsindən sonra bəzi hallarda barmaq işarəsi smartfonun ekranında əks olunmur.
Bunun baş verdiyi halda isə barmaq izi skanından istifadə etmək alınmır. Barmaq izi skanının çalışması üçün istifadəçi öz barmağını ekrandan kənarlaşdıraraq bir qədər gözləməli olur. Bu halda barmaq işarəsi ekranda əks olunur və skan texnologiyası normal çalışır. Eyni problemlə həmçinin Galaxy S23 FE smartfonunun istifadəçiləri də qarşılaşıblar. Samsung öz növbəsində istifadəçilərin bu şikayətlərinə hələ heç bir reaksiya verməyib.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
