
OneUI 6.1.1-i əldə edəcək Samsung cihazlarının siyahısı ortaya çıxıb
Proqram Təminatı
15.07.2024
Emil
Samsung şirkətinin bu il ərzində OneUI 7.0 istifadəçi interfeysini istifadəyə verəcəyi gözlənilir. Lakin şirkət OneUI 7.0-ı istifadəyə verməzdən öncə öz son flaqman smartfon və planşetlərində OneUI 6.1.1 istifadəçi interfeysini istifadəyə verəcək. İndi isə internetdə sözügedən istifadəçi interfeysini əldə edəcək Samsung cihazlarının siyahısı ortaya çıxıb. Ortaya çıxmış siyahıya şirkətin adi flaqman smartfonları, qatlana bilən smartfonları və planşetləri daxil olublar. Beləliklə OneUI 6.1.1-i əldə edəcək Samsung cihazlarının siyahısı aşağıdakı kimidir.
- Galaxy S24 seriyası
- Galaxy S23 seriyası (Galaxy S23 FE daxil)
- Galaxy S22 seriyası
- Galaxy Z Fold 5
- Galaxy Z Flip 5
- Galaxy Z Fold 4
- Galaxy Z Flip 4
- Galaxy Tab S9 planşet seriyası
- Galaxy Tab S8 planşet seriyası.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
