
OneUI 7.0-ın Samsung smartfonlarında hansı tarixlərdə istifadəyə veriləcəyi məlum olub
Proqram Təminatı
28.02.2025
Emil
Samsung şirkəti OneUI 7.0 istifadəçi interfeysinin öz smartfonlarında nə zaman istifadəyə veriləcəyi barəsində hələ rəsmi məlumat verməyib. Lakin internetdə sözügedən istifadəçi interfeysinin Samsung smartfonlarında istifadəyə verilmə tarixlərini özlərində birləşdirən screenshot fotolar ortaya çıxıb. X sosial şəbəkəsinin BuligaDavidCri1 ləqəbli istifadəçisinin sözlərinə əsasən ortaya çıxmış screenshot fotolar Samsung-un Rumıniya üzrə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş Zoom konfransından götürülüb. Beləliklə Samsung smartfonları aşağıda qeyd edilmiş tarixlərdə OneUI 7.0-ı əldə edəcəklər.
- Galaxy S24 seriyası - 18 aprel
- Galaxy S24 FE - 18 aprel
- Galaxy S23 seriyası - 25 aprel
- Galaxy S23 FE - 16 may
- Galaxy S22 - 16 may
- Galaxy S21 - 23 may
- Galaxy A54 - 25 aprel
- Galaxy A34 - 16 may
- Galaxy A53/A33 - 16 may
- Galaxy Z Flip 6 / Z Fold 6 - 18 aprel
- Galaxy Z Flip 5 / Z Fold 5 - 25 aprel
- Galaxy Z Flip 4 / Z Fold 4 - 16 may
- Galaxy Flip 3 / Fold 3 - 23 may.


Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
