Logo
    main-post-cover

    OneUI 7.0 istifadəçi interfeysi gözlənildiyindən daha gec istifadəyə veriləcək

    Proqram Təminatı
    04.10.2024
    Emil
         Samsung şirkəti Android 15 əsaslı OneUI 7.0 istifadəçi interfeysi üzərində çalışmağa davam edir. Daha öncə gözlənilirdi ki, bu istifadəçi interfeysi oktyabr ayının sonuna kimi istifadəyə veriləcək. Lakin görünür, OneUI 7.0-ı bir qədər gözləmnək lazım gələcək. Belə ki, Samsung tərtibatçılar üçün nəzərdə tutulmuş konfrans çərçivəsində elan edib ki, OneUI 7.0-ın beta versiyası bu ilin sonuna kimi istifadəyə veriləcək.
         Bununla belə beta versiyasının istifadəyə veriləcəyi konkret tarix səsləndirilməyib. Bununla belə Samsung bildirib ki, söhbət, tərtibatçılar üçün nəzərdə tutulmuş beta versiyadan gedir. Burdan da belə qənaətə gəlmək olar ki, istifadəçi interfeysinin adi istifadəçilər üçün nəzərdə tutulmuş versiyası gələn ilin əvvəlindən tez istifadəyə verilməyəcək. Samsung üçün bu heç də tipik bir vəziyyət deyil. Belə ki, keçən il OneUI 6.0-ın beta testinə avqust ayında start verilmişdi.
    Paylaş