
OpenAI 10 milyon dollardan baha qiymətə chat.com domenini alıb
Proqram Təminatı
07.11.2024
Emil
ChatGPT-nin yaradıcısı olan OpenAI şirkəti chat.com domenini əldə edib. Bu domen şirkətə 15.5 milyon dollara başa gəlib. Qeyd etmək lazımdır ki, chat.com internetdə mövcud olan domenlər arasında ən köhnələrdən biridir. O, 1996-cı ilin sentyabr ayında qeydiyyatdan keçirilib. Domenin keçmiş sahibi onu keçən il HubSpot şirkətinin texniki direktoruna 10 milyon dollara satmışdı. O isə öz növbəsində domeni OpenAI şirkətinə 15.5 milyon dollara satdı. OpenAI şirkətinin sözügeden domeni alması barəsində şirkət CEO-su Sam Altman-ın X (keçmiş Twitter) sosial şəbəkəsindəki hesabında bu domenə olan link paylaşımını edəndən sonra məlum olub
The Verge saytının vermiş olduğu məlumata əsasən chat.com domeni OpenAI-dan əvvəl software məhsulların hazırlanması ilə məşğul olan HubSpot şirkətinin təsisçisi Dharmesh Shah-a məxsus olub. 2023-cü ilin əvvəlində Shah sözügedən domeni 10 milyon dollara əldə edib. Bir neçə aydan sonra isə Shah təsdiqlədi ki, o bu domeni başqasına satıb. Lakin domenin kimə və hansı qiymətə satıldığı barəsində heç bir məlumat verilmədi. Bununla belə Shah sadəcə qeyd etdi ki, o, domeni aldığı qiymətdən daha yüksək qiymətə sata bilib. Domenlərin satışları üzrə məlumatlar bazası olan NameBio-nun məılumatlarına əsasən domen 2023-cü ilin mart ayında 15.5 milyon dollara satılıb.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
