OpenAI 9 may tarixində ChatGPT əsaslı axtarış sistemini təqdim edə bilər
Proqram Təminatı
06.05.2024
Farid Pardashunas
Yaxın günlərdə süni zəka sahəsində vacib bir hadisə baş verə bilər. Belə ki, 9 may tarixində OpenAI şirkəti online axtarış sahəsində yeni məhsulunu təqdim edə bilər. ChatGPT-yə əsaslanmış online axtarış öz növbəsində bu sahədə hegemon olan Google şirkətinin əsas rəqibinə çevrilə bilər. İnternetdə ortaya çıxmış məlumata əsasən OpenAI şirkəti 9 may tarixində öz axtarış sistemini anons edəcək. Məlumatda qeyd edilib ki, bir neçə müddət bundan öncə search.chatgpt.com domeni aşkar edilmişdi. Bu isə OpenAI şirkətinin öz axtarış sistemini istifadəyə verəcəyinə dair məlumatları təsdiqləyir.
Qeyd edilmiş domenə daxil olan zaman “404” xətası əvəzinə “Not found” bildirişi əks olunur. Bu isə axtarış sistemi barəsində ortaya çıxmış məlumatları daha da maraqlı edir. OpenAI şirkətinin potensial axtarış sisteminin dəqiq şəkildə necə çalışacağı məlum deyil. Lakin bu, süni zəka tərəfindən sürətli şəkildə cavabların təqdim edilməsi tərzində bir məhsul ola bilər. OpenAI şirkətinin süni zəka əsaslı axtarış sistemini istifadəyə vermək istəməsi məntiqli səslənir. Belə ki, onun ən böyük investoru olan Microsoft şirkəti özünün Bing axtarış sistemi vasitəsilə Google Search-ə ciddi rəqib ola bilmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bill Gates, Microsoft-u şirkətdə vəzifəsi olmadan idarə edirmiş!
Bill Gates, Microsoft-u şirkətdə vəzifəsi olmadan idarə edirmiş!
2020-ci ilin mart ayında Microsoft-un direktorlar şurasının sədrliyini tərk edən Bill Gates şirkətdə rəsmi vəzifəsi olmasa da, öz vəzifəsini davam etdirirmiş.
ChatGPT istifadəçi məlumatlarını yaddaşda saxlama funksiyasını əldə edib
ChatGPT istifadəçi məlumatlarını yaddaşda saxlama funksiyasını əldə edib
ChatGPT-nin Plus adlı ödənişli versiyası yeni funksiya əldə edib. Çat-botun əldə etmiş olduğu Memory (yaddaş) adlı yeni funksiya onun istifadəçi ilə qarşılıqlı əlaqəsini yaxşılaşdırmağa hədəflənib.
Bir istifadəçi doğum tarixini yanlış təqdim etdiyinə görə, ChatGPT-ni məhkəməyə verib!
Bir istifadəçi doğum tarixini yanlış təqdim etdiyinə görə, ChatGPT-ni məhkəməyə verib!
Avropa Birliyi vətəndaşı ChatGPT ilə bağlı OpenAI-a qarşı şikayət edib. Anonim şəxsin dediyinə görə, ChatGPT onun doğum tarixini səhv təqdim edib.
iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
iOS 18-də OpenAI şirkətinin süni zəka ekosistemindən istifadə edilə bilər
Apple şirkəti iyun ayında baş tutacaq WWDC 2024 konfransı çərçivəsində iOS 18 əməliyyat sistemini təqdim edəcək.
ChatGPT Plus istifadəçilərinə GPT-4 Turbo-dan istifadə etmək imkanı təqdim edilib
ChatGPT Plus istifadəçilərinə GPT-4 Turbo-dan istifadə etmək imkanı təqdim edilib
OpenAI şirkəti ödənişli ChatGPT Plus abunəçilərinə GPT-4 Turbo böyük dil modelindən istifadə etmək imkanını təqdim edib.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!