
OpenAI çat-botlar mağazasını istifadəyə verib
Proqram Təminatı
11.01.2024
Emil
OpenAI şirkəti müxtəlif çat-botların təqdim olunduqları GPT Store mağazasını işə salıb. İstifadəçilər yaratdıqları çat-botları bu mağaza vasitəsilə digər istifadəçilər ilə bölüşə bilərlər. Qeyd etmək lazımdır ki, hal-hazırda OpenAI texnologiyaları vasitəsilə çat-botların yaradılması imkanından yalnız şirkətin ödənişli tariflərindən istifadə edənlər yararlana bilərlər. Bu ilin birinci yarısında isə OpenAI çat-botların yaradılması ilə məşğul olanlar üçün monetizasiya proqramını işə salacaq. OpenAI şirkəti həmçinin ChatGPT üçün yeni tarif planını təqdim edib. Təqdim edilmiş yeni tarif planı ChatGPT Team adını əldə edib. O, 150 nəfərə qədər olan komandalar üçün nəzərdə tutulub. ChatGPT Team-in hər bir istifadəçi üçün aylıq istifadə haqqı 25-30$ təşkil edir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
