
OpenAI CEO-su ChatGPT-ni tarixdə ilk dəfə işqı üzü görmüş mobil telefon ilə müqayisə edib
Proqram Təminatı
19.02.2024
Emil
ChatGPT çat-botunun yaradıcısı olan OpenAI şirkətinin CEO-su Sam Altman ChatGPT barəsində qeyri-adi fikrini səsləndirib. Belə ki, o, ChatGPT-ni yalnız zəng qəbul edib və zəng etmək funksionallığına sahib olmuş ilk mobil cihaz ilə müqayisə edib. Altman-ın fikrincə ChatGPT hal-hazırda ilk mobil cihazın işıq üzü görməsi ilə eyni səviyyədə inkişaf mərhələsinə sahibdir. Məhz bu səbəbdən OpenAI şirkəti nəticədə iPhone səviyyəsinə çatmaq üçün daha böyük və təkmilləşdirilmiş süni zəka modellərini yaratmalı və beləliklə daha da irəli getməlidir.
Altman hər bir istifadəçinin fərdi virtual köməkçiyə sahib olacağı və alimlərin virtual köməkçilər vasitəsilə xəstəlikləri müalicə və ekoloji problemləri həll edə biləcəkləri bir gələcək formalaşdırmaq arzusundadır. “Hesab edirəm ki, əgər hər bir şəxs yüksək keyfiyyətli məlumatı əldə etmək imkanına sahib olsa, biz həyat keyfiyyətini olduqca yaxşılaşdıra biləcəyik” - deyə Altman qeyd edib. Hal-hazırda istifadəçilərin süni zəka imkanlarını mənimsəməyə davam etmələrinə baxmayaraq onların böyük hissəsi hələ də bu texnologiyanın özləri üçün hansı real faydanı verə biləcəyini təyin etməyib.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
