Logo
    OpenAI ChatGPT-də fotoları stiker dəstinə çevirən alət təqdim etdi

    OpenAI ChatGPT-də fotoları stiker dəstinə çevirən alət təqdim etdi

        “OpenAI” mobil “ChatGPT” tətbiqinə fotolardan stiker dəsti hazırlayan ayrıca alət əlavə edib. “ChatGPT Images” bölməsində açılan funksiya ilə “iOS” və “Android” istifadəçiləri seçdikləri şəkli müxtəlif üslublarda stikerə çevirə bilərlər. Hazır dəsti birbaşa “iMessage” və “WhatsApp”a əlavə etmək olur. “iOS”da fotoları stikerə çevirmək funksiyası əvvəldən vardı, amma effekt seçimi daha az idi.
    OpenAI ChatGPT-də fotoları stiker dəstinə çevirən alət təqdim etdi
        Alətdən istifadə etmək üçün “ChatGPT” mobil tətbiqinin yuxarı sol küncündəki menyunu açıb “Images” bölməsini seçmək lazımdır. Ardınca “Trending” səkməsindən “Stickers” alətinə keçilir. İstifadəçi istədiyi üslubu, əsas kimi götürüləcək 1 və ya bir neçə fotonu, eləcə də emosiyanı göstərən emojiləri seçir. Sistem qısa müddətdə 9 stikerdən ibarət dəst hazırlayır.
        Nəticə xoşunuza gələrsə, “Add to chat apps” düyməsi ilə dəsti “iMessage” və ya “WhatsApp”a göndərə bilərsiniz. “WhatsApp” əvvəlcə stiker paketinə ad verməyi istəyir. Ayrı bir stikeri dəyişmək üçün onun üzərinə toxunub “Edit” seçilir, sonra istənilən düzəliş mətnlə yazılır. Sistem sorğunu səhv başa düşərsə, 3 nöqtəli menyudakı “Retry” əmri ilə stikeri yenidən yaratmaq olar.
    OpenAI ChatGPT-də fotoları stiker dəstinə çevirən alət təqdim etdi
        Hazır şablondan istifadə etmək məcburi deyil. İstifadəçi öz sorğusunu yazıb “ChatGPT”dən birbaşa stiker yaratmasını istəyə bilər. Bu üsul ilkin fotodakı görünüşün daha dəqiq saxlanmasına kömək edir. Hazır nəticəni tətbiqin daxili redaktorunda dəyişmək, sonra “Add to chat apps” düyməsi ilə uyğun mesajlaşma tətbiqinə göndərmək olur.
        “iMessage”də stiker göndərmək üçün “Messages” tətbiqində söhbəti açmaq, “Plus” düyməsinə toxunmaq və “Stickers” bölməsində “OpenAI” loqosunu seçmək lazımdır. “WhatsApp”da mətn sahəsindəki stiker işarəsinə toxunub paketdən istənilən şəkli seçmək kifayətdir. “Android” telefonlarında “iMessage” seçimi göstərilmir. Stiker yaratmaq üçün verilən sorğular gündəlik və həftəlik istifadə limitlərinə daxildir. Buna görə pulsuz hesabın limiti bitərsə, onun yenilənməsini gözləmək lazım gələ bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...