Logo
    main-post-cover

    OpenAI-nin Deep Research funksiyası ChatGPT-nin bütün tarif planlarında istifadəyə verilib

    Proqram Təminatı
    26.02.2025
    Emil
         OpenAI şirkəti bu ayın əvvəlində Deep Research adlı yeni süni zəka funksiyasını təqdim etmişdi. Bu, ChatGPT və internet axtarışından istifadə edərək məlumatların kompleks şəkildə toplanması və analizini həyata keçirən süni zəka agentidir. İndi Deep Research ChatGPT-nin bütün ödənişli tarif planlarında istifadəçilər üçün əlçatan olub. Deep Research adi qısa cavablar vermək əvəzinə fərqli mənbələrdən geniş və strukturlaşdırılmış məlumat təqdim edir, bütün mənbələrə istinadlar və məntiqi izahlar əlavə edir. Məlumatın toplanması və sistemləşdirilməsi 5-30 dəqiqə çəkə bilər.
         Bu funksiya OpenAI-nin xüsusi hazırlanmış o3 adlı məntiq yürüdə bilən süni zəka modeli üzərində qurulub. Model gücləndirilmiş təlimatlandırma üsulu vasitəsilə təlimatlandırılıb. İnternet axtarışı ilə inteqrasiya olunaraq daha dəqiq və dərin analizlər təqdim edə bilir. ChatGPT Plus, Team, Enterprise Edu tarif planlarının abunəçiləri hər ay 10 tədqiqat sorğusu göndərə bilərlər. Əvvəllər OpenAI-nin Deep Research xidməti yalnız ChatGPT Pro istifadəçiləri üçün mövcud idi. Bu abunəlik tarifi ayda 200$ başa gəlirdi. İlk buraxılış zamanı Pro istifadəçiləri ayda 100 sorğu göndərə bilirdi, indi bu limit 120-yə yüksəldilib.
         OpenAI-nin rəqibləri artıq oxşar veb-axtarış araşdırma alətləri təqdim ediblər. GooglePerplexity eyni adlı "Deep Research" xidmətlərini istifadəyə veriblər. Bu sistemlər uzun və ətraflı hesabatlar yaradır və daha geniş istifadəçi auditoriyası üçün əlçatandır. Keçən həftə Google öz tədqiqat süni zəka agenti Gemini Advanced-i istifadəçiləri üçün açıq elan etdi. Bu xidmətin aylıq abunəsi 19.99$-dır. Bu məbləğ ChatGPT Plus abunə haqqı ilə eynidir. Texnologiya şirkətləri hesab edirlər ki, dərin araşdırma alətləri istifadəçiləri bahalı süni zəka abunə paketlərini almağa həvəsləndirəcək. Bununla yanaşı, OpenAI artıq Deep Research-ün cəmiyyət üçün potensial təhlükələrini araşdırmağa başlayıb. Xüsusilə, bu alətin dezinformasiyanın yayılmasında necə sui-istifadə edilə biləcəyini öyrənmək istəyirlər.
    Mənbə: Techcrunch
    Paylaş