
OpenAI şirkəti çat-botlar üçün nəzərdə tutulmuş online mağazanı gələn ilə təxirə salıb
Proqram Təminatı
04.12.2023
Emil
OpenAI şirkəti rəsmi şəkildə bildirib ki, çat-botlar üçün nəzərdə tutulmuş GPT Store online mağazasının işə salınması 2024-cü ilin əvvəlinə təxirə salınıb. Qeyd etmək lazımdır ki, GPT Store noyabr ayının əvvəlində baş tutmuş OpenAI konfransı çərçivəsində anons edilmişdi və o, keçən ayın sonunadək istifadəyə verilməli idi. Lakin daha sonra Sam Altman-ın OpenAI şirkətinin CEO vəzifəsindən azad edilməsi şirkətin planlarında dəyişiklik edib. Qeyd etmək lazımdır ki, istifadəçilər GPT Store adlı online mağazada GPT əsasında çalışan çat-botlarını yerləşdirə və bunun sayəsində pul qazana biləcəklər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
