main-post-cover

    Paint tətbiqinə fotolardakı arxa fonun silinməsi funksiyası əlavə edilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    08.09.2023
    Emil Nəcəfov
        Microsoft Paint tətbiqini faydalı və müasir qrafik redaktora çevirməyi hədəfləyib. Şirkət Windows 11-in test versiyalarında Paint-in yeni versiyasını istifadəyə verib. İstifadəyə verilmiş yeni versiya isə öz növbəsində istifadəçilər tərəfindən çoxdan gözlənilən faydalı funksiyanı əldə edib. Söhbət, bu və ya digər fotonun arxa fonunun silinməsi funksiyasından gedir. Bu funksiyadan istifadə etmək üçün Paint-ə lazımi şəkli yükləmək və tətbiqin sol hissəsində yerləşən alətlər panelindəki xüsusi düyməyə klikləmək lazımdır.
    Microsoft Paint
        Xüsusi düyməyə klikləyəndən sonra tətbiqin sistemi fotodakı əsas obyekti avtomatik şəkildə təyin edəcək və arxa fonu siləcək. Əgər sistem fotoda əsas obyekti səhv təyin etsə, istifadəçi arxa fonun silmək istədiyi hissəsini fərdi şəkildə seçə biləcək. Sözügedən yeni funksiya hələ test mərhələsindədir və onun stabil Windows 11 versiyasına nə zaman əlavə ediləcəyi bilinmir. Qeyd etmək lazımdır ki, Microsoft şirkəti Paint üçün həmçinin süni zəka əsasında fotoların tərtib edilməsi funksiyası üzərində də çalışır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər