
POCO F4 GT gaming smartfonu HyperOS-i əldə etməyə başlayıb
Proqram Təminatı
30.01.2024
Emil
Xiaomi şirkəti qlobal bazardakı smartfonlarını HyperOS ilə təmin etməyə davam edir. Bu dəfə HyperOS-i POCO F4 GT adlı gaming smartfonu əldə edib. Sözügedən smartfon üçün sistem yenilənməsi OS1.0.1.0.ULJCNXM nömrəsi altında təqdim edilib. Sistem yenilənməsini ilk olaraq POCO F4 GT-nin HyperOS-in beta testində iştirak etmiş istifadəçiləri əldə etməyə başlayıblar. Lakin yaxın zamanda HyperOS bu smartfonun bütün istifadəçiləri üçün aktivləşdiriləcək.Qeyd etmək lazımdır ki, POCO F4 GT üçün HyperOS-in həcmi 5.2 GB təşkil edir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
