
POCO-nun 21 smartfonu HyperOS-i əldə edəcək
Proqram Təminatı
15.12.2023
Emil
Dünən məlum oldu ki, çoxlu sayda Xiaomi və Redmi smartfonları HyperOS-i əldə edəcəklər. İndi isə POCO brendinin smartfonları barəsində məlumat ortaya çıxıb. Belə ki, ortaya çıxmış məlumata əsasən POCO-nun 21 smartfonu HyperOS-i əldə edəcək. Qeyd etmək lazımdır ki, POCO brendinin smartfonları mövzusunda söhbət, HyperOS-in qlobal versiyasından gedir. Belə ki, POCO smartfonları Çin bazarında satılmır. Beləliklə HyperOS-i əldə edəcək POCO smartfonlarının siyahısı aşağıdakı kimidir.
- POCO F5 Pro
- POCO F5
- POCO F4 GT
- POCO F4
- POCO F3
- POCO F3 GT
- POCO X6 Neo
- POCO X6 5G
- POCO X5 Pro 5G
- POCO X5 5G
- POCO X4 GT
- POCO X4 Pro 5G
- POCO M6 Pro 5G
- POCO M6 5G
- POCO M5s
- POCO M5
- POCO M4 Pro 5G
- POCO M4 Pro 4G
- POCO M4 5G
- POCO C55
- POCO C65.
Paylaş