
Redmi-nin bəzi smartfonları yaxın zamanda Wi-Fi 7 dəstəyini əldə edəcəklər
Proqram Təminatı
06.12.2023
Emil
Dünən məlum oldu ki, proqram təminatı yenilənmsəi sayəsində Xiaomi 14, Xiaomi 13 və Xiaomi Mix Fold 3 smartfonları Wi-Fi 7 texnologiyasının dəstəyini əldə ediblər. İndi isə bu tendensiyanı Redmi brendi davam etdirir. Yaxın zamanda şirkət Redmi K60 Pro, Redmi K60 Ultra, Redmi K70 və Redmi K70 Pro smartfonları üçün növbəti proqram təminatı yenilənməsini istifadəyə verəcək. İstifadəyə veriləcək proqram təminatı yenilənməsi sayəsində sözügedən smartfonlar Wi-Fi 7 texnologiyasının dəstəyini əldə edəcəklər.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
