
Redmi Note 11-in qlobal versiyası yaxın zamanda HyperOS-i əldə edəcək
Proqram Təminatı
19.02.2024
Emil
Xiaomi şirkəti qlobal bazardakı smartfonlarının sistemlərini tədricən HyperOS-ə kimi yeniləməyə davam edir. İndi isə şirkət HyperOS-i qlobal bazardakı daha bir smartfonu üçün istifadəyə verməyə hazırlaşır. XiaomiUI saytının vermiş olduğu məlumata əsasən şirkət Redmi Note 11-in qlobal versiyası üçün nəzərdə tutulmuş HyperOS-in test edilməsinə start verib. Məlumatda qeyd edilib ki, Redmi Note 11-in qlobal versiyası üçün nəzərdə tutulmuş HyperOS OS1.0.1.0.TGCMIXM nömrəsinə sahibdir və o, Android 13 əsaslıdır. Gözləntilərə əsasən sözügedən smartfon üçün HyperOS ya bu ayın sonunda ya da gələn ayın əvvəlində istifadəyə veriləcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
