
Samsung Bixby səsli köməkçisinə generativ süni zəkanı inteqrasiya edə bilər
Proqram Təminatı
02.04.2024
Emil
Verilmiş məlumata əsasən Samsung şirkəti özünün Bixby səsli köməkçisini daha cəlbedici etmək üçün ona generativ süni zəka texnologiyasını inteqrasiya etməyi nəzərdən keçirir. Qeyd etmək lazımdır ki, Bixby səsli köməkçisi ilk dəfə 2017-ci ildə Galaxy S8 smartfon seriyasının tərkibində istifadəyə verilmişdi. Sözügedən səsli köməkçi tərcümə və məsləhətlər kim bəzi funksiyaları özündə birləşdirirdi. Lakin ChatGPT kimi generativ süni zəka əsaslı çat-botlar ilə müqayisədə onun imkanları olduqca məhduddur.
Samsung-un mobil şöbəsinin icraçı vitse-prezidenti Won-joon Choi müsahibələrindən birində qeyd edib ki, şirkət Bixby-ni böyük dil modelləri texnologiyası və generativ süni zəka vasitəsilə yeniləmək üçün onun rolunu yenidən nəzərdən keçirməlidir. Won-joon Choi bildirib ki, generativ süni zəkanın inteqrasiyası Bixby ilə qarşılıqlı əlaqəni daha təbii edəcək. Lakin Bixby-ə süni zəka texnologiyasının nə zaman inteqrasiya ediləcəyi barəsində bir məlumat verilməyib.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
