main-post-cover

    Samsung Galaxy A05s və Galaxy F23 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar

    Proqram Təminatı
    07.06.2024
    Emil Nəcəfov
          Samsung şirkəti öz smartfonlarında OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy A05s Galaxy F23 smartfonlarına çatıb. Beləliklə Galaxy A05s smartfonu üçün istifadəçi interfeysi A057FXXU3CXE6 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsi Galaxy A05s-in ilk növbədə Asiya və Şimali Afrika ölkələrindəki istifadəçiləri üçün aktivləşdirilib. Lakin müəyyən müddətdən sonra OneUI 6.1 istifadəçi interfeysi Galaxy A05s-in digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq.
         Galaxy F23 smartfonuna gəldikdə isə onun üçün sistem yenilənməsi E236BXXU6EXE5 nömrəsi altında təqdim edilib və onun həcmi 2.2 GB təşkil edir. Galaxy F23 üçün nəzərdə tutulmuş OneUI 6.1 özündə həmçinin may ayı üzrə olan təhlükəsizlik yenilənməsini də birləşdirir. OneUI 6.1 bu smartfonun ilk növbədə Hindistandakı istifadəçiləri üçün aktivləşdirilib. Lakin müəyyən müddətdən sonra sistem yenilənməsi Galaxy F23-ün digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olmalıdır. Qeyd etmək lazımdır ki, bu smartfonlar Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə etməyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung xüsusi kampaniya çərçivəsində Galaxy Watch FE-ni hədiyyə kimi təklif edir
    samsung-xususi-kampaniya-cercivesinde-galaxy-watch-fe-ni-hediyye-kimi-teklif-edir
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə edəcəklər
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-smartfonlari-galaxy-ai-ekosisteminin-suni-zeka-funksiyalarini-elde-edecekler
    Samsung Galaxy Watch 7 və Watch 7 Ultra-nın texniki imkanları təqdim edilib
    samsung-galaxy-watch-7-ve-watch-7-ultra-nin-texniki-imkanlari-teqdim-edilib
    Samsung büdcəli Galaxy A16 və Galaxy A06 smartfonları üzərində çalışır
    samsung-budceli-galaxy-a16-ve-galaxy-a06-smartfonlari-uzerinde-calisir
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 dizaynları şirkət tərəfindən səhvən sızdırılıb
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-dizaynlari-sirket-terefinden-sehven-sizdirilib