Samsung Galaxy A14 və Galaxy M04 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Proqram Təminatı
20.06.2024
Emil
Samsung şirkəti öz büdcəli smartfonları üçün OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə sözügedən istifadəçi interfeysini Galaxy A14 və Galaxy M04 smartfonları əldə ediblər. Galaxy A14 modeli üçün nəzərdə tutulmuş sistem yenilənməsi A145FXXU6CXF1 nömrəsi altında təqdim edilib. OneUI 6.1 artıq qlobal bazarda tədricən Galaxy A14 istifadəçiləri üçün təqdim edilir və yaxın zamanda hamıda aktiv olacaq. Galaxy M04-ə gəldikdə isə onun üçün OneUI 6.1 istifadəçi interfeysi M045FXXU7EXE4 nömrəsi altında təqdim edilib və onun həcmi 1.4 GB təşkil edir. Sistem yenilənməsi Galaxy M04-ün ilk növbədə Hindistandakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda o, sözügedən smartfonun digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq.