main-post-cover

    Samsung Galaxy A23 və Galaxy A72 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar

    Proqram Təminatı
    31.05.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy A seriyasının smartfonları üçün OneUI 6.1 istifadəçi interfeysini işə salmağa davam edir. Bu dəfə növbə Galaxy A23 Galaxy A72 smartfonlarına çatıb. Galaxy A23 üçün istifadəçi interfeysi A235NKSU5EXE3 nömrəsi altında təqdim edilib və onun həcmi 2 GB təşkil edir. OneUI 6.1 bu smartfonun ilk növbədə Cənubi Koreyadakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda sistem yenilənməsi Galaxy A23-ün digər ölkələrdəki istifadəçiləri üçün də aktiv olacaq. Galaxy A72 smartfonuna gəldikdə isə onun üçün OneUI 6.1 istifadəçi interfeysi A725FXXU7FXE1 nömrəsi altında təqdim edilib. Qeyd etmək lazımdır ki, Galaxy A72 üçün bu, sonuncu OneUI yenilənməsi olacaq. Daha sonra şirkət sözügedən smartfon üçün yalnız təhlükəsizlik yenilənmələrini istifadəyə verəcək. Bu smartfonlar OneUI 6.1 sayəsində Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə etməyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 6-nın xarici ekranı Galaxy Z Fold 5-in xarici ekranı ilə müqayisə edilib
    samsung-galaxy-z-fold-6-nin-xarici-ekrani-galaxy-z-fold-5-in-xarici-ekrani-ile-muqayise-edilib
    Galaxy Z Fold6-nın Geekbench testləri ortaya çıxıb!
    galaxy-z-fold6-nin-geekbench-testleri-ortaya-cixib
    Samsung-un premium smart saatı Galaxy Watch X adlana bilər
    samsung-un-premium-smart-saati-galaxy-watch-x-adlana-biler
    Samsung Galaxy M35 smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-m35-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy F55 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-f55-5g-smartfonu-teqdim-edilib-qiymeti