main-post-cover

    Samsung Galaxy A52 5G və Galaxy M53 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar

    Proqram Təminatı
    27.05.2024
    Emil Nəcəfov
         Samsung şirkəti öz smartfonları üçün OneUI 6.1 istifadəçi interfeysini istifadəyə verməyə davam edir. Bu dəfə növbə Galaxy A52 5GGalaxy M53 smartfonlarına çatıb. Belə ki, şirkət bu smartfonlar üçün OneUI 6.1-i istifadəyə verib. Qeyd etmək lazımdır ki, Galaxy M53 smartfonu Galaxy M seriyasının OneUI 6.1-i əldə etmiş ilk smartfonu olub. Galaxy M53 üçün bu istifadəçi interfeysi M536BXXU5EXD3 nömrəsi altında təqdim edilib və onun həcmi 2.2 GB təşkil edir.
         Galaxy M53 üçün nəzərdə tutulmuş OneUI 6.1 həmçinin özündə aprel ayı üzrə təhlükəsizlik yenilənməsini də birləşdirir. Galaxy A52 5G smartfonuna gəldikdə isə OneUI 6.1 onun ilk növbədə ABŞ və Kanadadakı istifadəçiləri üçün istifadəyə verilib. Lakin yaxın zamanda sistem yenilənməsi Galaxy A52 5G-nin bütün istifadəçiləri üçün də aktiv olacaq. Qeyd etmək lazımdır ki, bu smartfonlarda OneUI 6.1 istifadəçi interfeysinin təqdim edilməsinə baxmayaraq onlar flaqman smartfonlar kimi Galaxy AI ekosisteminin süni zəka funksiyalarını əldə etməyiblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Watch 7 Ultra-nın ilk keyfiyyətli render fotoları təqdim edilib
    samsung-galaxy-watch-7-ultra-nin-ilk-keyfiyyetli-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy Z Fold 6 Slim adlı qatlana bilən smartfonu təqdim edə bilər
    samsung-galaxy-z-fold-6-slim-adli-qatlana-bilen-smartfonu-teqdim-ede-biler
    Büdcəli Samsung Galaxy A14 5G smartfonu OneUI 6.1 istifadəçi interfeysini əldə etməyə başlayıb
    budceli-samsung-galaxy-a14-5g-smartfonu-oneui-61-istifadeci-interfeysini-elde-etmeye-baslayib
    Samsung-un bu il hansı smart saatları təqdim edəcəyi açıqlanıb
    samsung-un-bu-il-hansi-smart-saatlari-teqdim-edeceyi-aciqlanib
    Samsung Galaxy Ring smart üzüyünün satış qiymətləri açıqlanıb
    samsung-galaxy-ring-smart-uzuyunun-satis-qiymetleri-aciqlanib