main-post-cover

    Samsung Galaxy A52 üçün təxirə salınmış Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilib

    Proqram Təminatı
    11.03.2024
    Emil Nəcəfov
         Keçən ilin sonunda Samsung Galaxy A52 smartfonu üçün Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası istifadəyə verilməli idi. Lakin nəticədə sistem yenilənməsi bu smartfon üçün müəyyən müddətlik təxirə salındı. İndi isə Galaxy A52 üçün nəzərdə tutulmuş sözügedən sistem yenilənməsi istifadəyə verilib. Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Galaxy A52 üçün A525FXXU6EXB3 nömrəsi altında təqdim edilib. Sistem yenilənməsinin həcmi 1.4 GB təşkil edir və o, Galaxy A52-nin ilk növbədə Avropa ilə Asiyadakı istifadəçiləri üçün aktivləşdirilib. Lakin yaxın zamanda OneUI 6.0-ın stabil versiyası həmçinin digər Galaxy A52 istifadəçiləri üçün də təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android 14 əsaslı OneUI 6.0-ın stabil versiyası Samsung Galaxy A72 üçün istifadəyə verilib
    android-14-esasli-oneui-60-in-stabil-versiyasi-samsung-galaxy-a72-ucun-istifadeye-verilib
    Samsung Galaxy Z Fold 6 ilə Z Flip 6-nın hansı gövdə rənglərinə sahib olacaqları açıqlanıb
    samsung-galaxy-z-fold-6-ile-z-flip-6-nin-hansi-govde-renglerine-sahib-olacaqlari-aciqlanib
    Təqdimata sayılı günlər qalmış Samsung Galaxy A35 5G ilə A55 5G-nin press-render fotoları təqdim edilib
    teqdimata-sayili-gunler-qalmis-samsung-galaxy-a35-5g-ile-a55-5g-nin-press-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy M14 4G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-m14-4g-smartfonu-teqdim-edilib-qiymeti
    MediaTek 2023-cü ilin dördüncü rübündə ən böyük mobil prosessor istehsalçısına çevrilib
    mediatek-2023-cu-ilin-dorduncu-rubunde-en-boyuk-mobil-prosessor-istehsalcisina-cevrilib